AZ

Fermerin məhsulu sahədə ÇÜRÜYÜR

  Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır.

Nəzərdə tutulan islahatlarla məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların isə payızda açıqlanacağı gözlənilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, müasir dövrün reallıqları bütün sahələrdə islahatların aparılmasını zəruri edir.

“İlk növbədə iş proseslərinin yenidən qurulması, idarəetmədə səmərəliliyin artırılması, əlaqələrin gücləndirilməsi və vətəndaşlarla daha effektiv ünsiyyətin qurulması məqsədinə xidmət edir. Azərbaycanda da son illərdə bir sıra mühüm sahələrdə islahatlar həyata keçirilir və bu addımlar sosial-iqtisadi inkişafla yanaşı, ictimai və mədəni həyatın da müxtəlif istiqamətlərində öz müsbət təsirini göstərməkdə davam edir”.

Deputat qeyd edib ki, xüsusilə idarəetmə sahəsində struktur islahatlarının təmkinlə və sistemli şəkildə aparılması gələcək inkişaf üçün həlledici amillərdəndir:

“Bu istiqamətdə artıq bir sıra mühüm addımlar atılıb. Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi, nazirliklərdə və komitələrdə həyata keçirilən struktur dəyişiklikləri idarəetmə sisteminin daha çevik və funksional olmasına töhfə verib”.

O əlavə edib ki, icra orqanlarında da bu günə qədər müxtəlif təkmilləşdirmə işləri görülüb. Eyni zamanda müasir idarəetmə bacarıqlarına malik mütəxəssislərin cəlb olunması istiqamətində də irəliləyiş müşahidə olunur:

“Bununla belə, bəzi idarəetmə strukturlarında hələ də yeni islahatlara ehtiyac duyulur. Mövcud vəziyyət onu göstərir ki, müəyyən nazirlik və komitələrin birləşdirilməsi və ya onların bazasında yeni strukturların yaradılması məqsədəuyğun ola bilər. İcra orqanlarında da optimallaşdırma və funksional dəyişikliklərə gedilməsi gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, bu proseslər yalnız düşünülmüş və mərhələli şəkildə həyata keçirildiyi halda müsbət nəticələr verə bilər:

“İdarəetmə sahəsində ediləcək hər hansı yanlış və tələsik addım gələcək inkişafı ləngidə, cəmiyyətdə narazılıq yarada bilər. Bu baxımdan planlaşdırılan struktur islahatları həm qlobal idarəetmə təcrübəsinə, həm də ölkənin daxili ictimai-siyasi vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki yalnız bu halda islahatlar real nəticələr verə və inkişafı sürətləndirə bilər”.

“Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar dövrün çağırışlarına uyğun olub və müsbət təsirini artıq göstərməkdədir. Gələcək mərhələdə də bu islahatların davam etdirilməsi gözlənilir. Çünki bu dəyişikliklər həm zəruridir, həm də dövrün tələbidir”, – deyə T.Rzayev bildirib
Hazırda kənd təsərrüfatı məhsullarının ən bol və ucuz dönəmidir. Lakin yaxın aylarda qiymətlər yenidən “əl yandıracaq”. Çünki qıtlıq olacaq. Amma indi fermerlərin məhsulları sahələrdə qalıb. Xiyarın kisəsi 1 manata, soğanın kisəsi 5-6 manata satılır. Hələ meyvəni demirik. Çox ucuz olması səbəbi ilə fermerlər davamlı yığım aparmırlar və məhsul sahələrə tökülüb zay olur.

Bəs iri şəhərlərdə qiymətlərin gündə bir “hava çaldığı” zamanda kəndlərdə məhsullar niyə zay olub gedir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, belə acınacaqlı vəziyyətin yaranmasının müxtəlif səbəbləri var:

“Əsas səbəb odur ki, biz bazar münasibətlərini tam mənimsəməmişik. Baxın, liberal bazar iqtisadiyyatında belə bir şey yoxdur ki, əkən hökmən satmalıdır. Əkmək tamamilə başqa xidmətdir, satışını təşkil etmək tamamilə başqa fəlsəfədir.

Onun öz qaydaları var. Nəzərə alaq ki, ölkədə təxminən 1 milyon 300 min istehsalçı var. Amma onların heç də hamısı satıcı deyil. Ona görə də məhsullar bir qayda olaraq sahələrdə qalıb, zay olur. Planlı iqtisadiyyatdan imtina etdiyimiz üçün artıq dövlət tədarükçü simasında çıxış etmir. Bu funksiyanı “alverçi” deyilən zümrə həyata keçirir.

Lakin “alverçi”lərin də imkanı geniş deyil. Onlar qlobal bazara girə bilmir. Hazırda ölkəmizdə ticarət obyektləri əsasən iri şəbəkələrin əlində cəmləşib. Ticarət şəbəkələri də “alverçi”dən qabaqcadan depozit istəyir.

Bu depozitin həcmi kifayət qədər böyük olduğu üçün heç də hər kəs bu işə girişə bilmir. Küçə ticarəti də ləğv olunub. Yarmarkalar dayandırılıb. “Kolxoz” bazarları da ləğv olunub. Bu və digər səbəblərdən fermerlərin və “alverçilərin” böyük bazarlara çıxışı məhdudlaşıb”.

Nə etməli?

Müsahibimiz çıxış yolu kimi bunları söyləyib:

“Bu gün dövlət fermerə subsidiya veirir. Bu subsidiya da o qədər effekt vermir. Çünki subsidiyanın yalnız 25 faizini fermer nağdlaşdıra bilir. Qalan 75 faizə isə fermer ancaq xidmət satın ala bilər.

Məsələn, mineral gübrə, texnikanın icarəsi və sair. Bu xidməti almaq üçün bəzi fermer 40-50 kilometr yol qət etməli, növbəyə yazılmalı və sair. Bu qədər əziyyətə də hər fermer qatlaşa bilmir və ayrılan subsidiyanın taleyi qaranlıq qalır. Yaxşı olar ki, dövlət subsidiyanı ləğv etsin. Əvəzində fermerə dövriyyə vəsaiti versin. Yaxud fermerin istehsal etdiyi məhsulu alsın. Axı, dövlətin əli uzundur. Dövlət istəsə fermerin məhsulunu alıb anbarlara vurar, sonrakı aylarda bazara çıxara bilər. Ya da ki, məhsul tədarük edilib xaricə ixrac edilər.

Hər iki variantın həlli üçün ölkəmizdə hüquqi və maliyyə əsasları var. Nəzərə alaq ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Tədarük və Təchizat ASC fəaliyyət göstərir. Bu qurumun imkanlarını bir qədər genişləndirməklə danışdığımız problemi asanlıqla həll etmək olar. Əks təqdirdə fermerlərin şikayətini hələ çox eşidəcəyik”

Seçilən
10
1
referans.az

2Mənbələr