AZ

Saratovda partlayış nəticəsində yeddi nəfər ölüb

Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır", - məlumatda bildirilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Həlak olanların ailələrinə Saratov vilayəti hökumətinin ehtiyat fondundan 1 milyon rubl (12,6 min ABŞ dolları) veriləcək.

Seçilən
72
8
operativmm.az

10Mənbələr