AZ

"Qarabağ" - "Şelburn" matçına neçə bilet satılıb? - SON DURUM

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Şelburn" oyununa bilet satışı davam edir.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq 11 min bilet alınıb.

Qeyd edək ki, "köhlən atlar" İrlandiyanın paytaxtı Dublində reallaşan ilk qarşılaşmada 3:0 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Şelburn" dueli iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Nihat

Seçilən
44
1
fanat.az

2Mənbələr