AZ

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

BAKI, 26 iyul. TELEQRAF

️Naxçıvanda 2024-2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 500-700 intervalında nəticə göstərən məzunların sayı son 30 ilin ən yüsək göstəricisi olub.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 379 məzun 500-700 intervalında bal tolayıb.
Məlumat üçün bildirək ki, ötən il isə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 327 məzun 500-700 intervalında bal toplamışdı.
Onu da qeyd edək ki, məzunlar tərəfindən son dəfə ən yüsək nəticə 2013-2014-ci tədris ilində göstərilib. Belə ki, həmin tədris ilində 347 məzun 500-700 intervalında bal toplayıb.

Seçilən
43
10
teleqraf.com

10Mənbələr