AZ

Ukrayna PUA-larla Stavropoldakı mühüm hərbi obyekti vurdu: Davam edəcək...

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük radioelektronika istehsalçılarından olan və Stavropolda yerləşən “Siqnal” radiozavodunun istehsal sahələrinə uzaq mənzilli SBU pilotsuz təyyarələri ilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Qeyd olunub ki, zavodun iki əsas korpusu hədəfə alınıb.

Bildirilib ki, Ukraynaya qarşı müharibə üçün işləyən rus obyektlərinin sistematik şəkildə sıradan çıxarılması davam etdiriləcək.

Əlavə edək ki, “Siqnal” radiostansiyası müxtəlif növ elektron müharibə (EW), radar, radionaviqasiya avadanlığı, uzaqdan idarə olunan radiotexnika istehsalı üzrə ixtisaslaşıb.
Seçilən
52
1
sherg.az

2Mənbələr