AZ

Ermənipərəst konqresmenlərin Trampa məktubu onların sonunun çatdığını göstərir - Azər Qarayev

Bakı. Trend:

Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçündiplomatik səylər irəlilədiyi bir vaxtda, ABŞ Konqresində köhnəoyun yenidən səhnəyə çıxarılıb. Belə ki, 87 konqresmen PrezidentDonald Trampın administrasiyasına məktubla müraciət edərəkermənilərin guya "Dağlıq Qarabağa qayıdışına" dəstək verməyəçağırıb. Məktubu imzalayanlar arasında Demokrat və Respublikaçıpartiyaların ermənipərəst mövqeyi ilə tanınan üzvləri – FrankPallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadao yer alıb.Onlar illərdir ABŞ Konqresində Ermənistanla "dostluq qrupu"nunhəmsədrləri kimi fəaliyyət göstərirlər. Ancaq "insan hüquqlarınınmüdafiəsi" adı altında təqdim edilən bu təşəbbüs, əslində, CənubiQafqazda sülhə qarşı siyasi sabotajdan başqa bir şey deyil.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Bu, amerikalı siyasətçilərin erməni lobbisinin maraqları naminəregiondakı proseslərə müdaxiləsinin ilk nümunəsi deyil. 1992-ciildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"nın 907-ci əlavəsi - odövrün sanksiya qərarı - ABŞ-ın birbaşa Azərbaycanın əleyhinə mövqetutduğunu göstərdi. Bu qərar Ermənistanın təcavüzkar siyasətinistimullaşdırdı, işğal və qırğınların, bir milyondan çoxazərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsininəsasına çevrildi. İndi oxşar ritorika yenidən gündəmə gətirilir."Ermənilərin Qarabağa qayıdışı" şüarı humanitar təşəbbüs deyil,Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişçağırışdır. Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tam şəkildəbərpa etdiyi ərazi bütövlüyü şübhə altına alınır. ErmənilərinAzərbaycanda yaşamaq hüququ inkar edilmir, lakin yalnız Azərbaycanvətəndaşları kimi separatizmə pərdələnmiş status istəyi artıqtarixə gömülüb. Ermənipərəst konqresmenlərin Trampa bu məktubu isərevanşizmin son nəfəsidir", - o bildirib.

Onun sözlərinə görə, bu kampaniyanın arxasında yenə də ABŞ-dəgüclü və yaxşı maliyyələşdirilən erməni diasporası dayanır.

"Bu diaspora təkcə maliyyə dəstəyi ilə kifayətlənmir, o,illərdir ki, Ermənistana siyasi təsir göstərərək onukompromislərdən uzaqlaşdırır, regionda real dövlət olmaqimkanlarını zəiflədir. Bu gün Ermənistanın yaşadığı böhranlıvəziyyətin əsas səbəblərindən biri də məhz bu diasporun təsiridir.Ermənistan ictimaiyyətində artıq bu asılılıqdan qurtulmaqçağırışları güclənir. Ancaq ABŞ Konqresindəki bəzi siyasətçilərhələ də köhnə sxemlər üzrə hərəkət edir: diaspor pulları, səsbazası və siyasi lobbi mexanizmləri hələ də onlar üçün üstünlüktəşkil edir - istər sülh pozulsun, istərsə də regionda sabitlik", -o bildirib.

A.Qarayev qeyd edib ki, konqresmenlərin məktubunun vacibaspektlərindən biri onun ünvanının - Donald Tramp olmasıdır.

"Bu təsadüfi deyil. Onun ilk prezidentliyi dövründə Ağ EvErmənistan-Azərbaycan münaqişəsində neytrallığını qoruyub, İkinciQarabağ müharibəsinin gedişinə müdaxilə etməməyi seçdi. Hətta Trampadministrasiyası faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünübərpa etmək hüququnu tanıdı. Bu yanaşma ABŞ-dakı ermənistrukturlarının sərt tənqidinə səbəb oldu. Onlara sülh lazım deyil,çünki onların ideologiyası məğlub olub. Onlara xaos lazımdır ki,yenidən tələblər irəli sürsünlər, beynəlxalq arenada "zərərçəkmiş"rolunu oynasınlar və ABŞ daxilində seçki və maliyyə vasitəsilənüfuzlarını saxlasınlar. Buna görə də bu günkü təşəbbüs yalnızAzərbaycana zərbə deyil, həm də Trampa hücumdur. Trampın 2024-cüilin sonunda yenidən prezident seçilməsi onlar üçün təkcə xaricisiyasət baxımından deyil, şəxsi səviyyədə də təhdid oldu:korrupsiya əlaqələri, kölgə sxemləri, lobbiçilik sazişləri,bunların hamısı araşdırmaların mövzusu ola bilər. Belə ki, bukonqresmenlərin bəziləri korrupsiya qalmaqallarının mərkəzindədir.Ən bariz nümunə - senator Robert Menendesdir. O, rüşvət alma,çirkli pulların yuyulması və xidməti vəzifədən sui-istifadəmaddələri ilə istintaqa cəlb olunub. İttihamlar sırasında onunxarici diasporlardan, o cümlədən erməni strukturlarından gizlişəkildə maliyyə dəstəyi aldığı da yer alır. Adam Şiff də bukontekstdə diqqət çəkir. Tramp onu açıq şəkildə “oğru və dələduz”adlandırmış, hətta həbs olunmalı olduğunu bildirmişdi. Menendesinhəbsindən sonra başqa konqresmenlərə də yönəlik istintaqlargözlənilir. Bu səbəbdən, Tramp hakimiyyəti onları təşvişə salır,çünki “batmış sistemin” ifşası reallığa çevrilmək üzrədir", - obildirib.

Politoloq vurğulayıb ki, regionda gedən real sülh prosesi Bakıilə İrəvan arasında birbaşa danışıqlar, nəqliyyatkommunikasiyalarının açılması, etimad mühitinin formalaşdırılmasıVaşinqtondakı ermənipərəst konqresmenlərin əslində artıq funksionalolmadığını göstərir.

"Onların "müdafiəçi" obrazı, "Ermənistanın dostu" imici artıqkeçmişdə qalıb. Bu gün sülh reallıqdır. Qarabağda münaqişə dövrübitib. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazilərini azadedib. Sülh istəyənlər masa arxasına əyləşir, revanşistlər isə ABŞKonqresində "məktub diplomatiyası" ilə regionu yenidən gərginliyəçəkməyə çalışırlar. Bu siyasətçilər üçün Bakı və Yerevan arasındakısülh prosesi təhdiddir. O, onların mənasız rolunu ifşa edir,onların bəyanatlarını və "dostluq qruplarını" lazımsız edir. Ənəsası isə uzun illər boyu iddia edilən "zülm görən tərəfi"dəstəkləmək adı altında pul, siyasi bonuslar və diasporanın seçkidəstəyini qazandıran sistemi mənasızlaşdırır", - o bildirib.

A.Qarayev qeyd edib ki, sülh onların gündəliyini məhv edir.

"Buna görə də, onlar bu prosesi dayandırmaq üçün əlindən gələniedirlər. "İnsan hüquqları" şüarları altında bölgənin yenidəndestabilizasiyasına aparan ideyaları irəli sürür, "demokratiyanındəstəyi" bəhanəsi ilə digər dövlətlərin daxili işlərinə müdaxiləedirlər. Amma əslində sadə bir faktdan qorxurlar: Azərbaycan vəErmənistan sülh sazişi imzalaya bilərlər və bununla da onlarınsiyasi rolu bitəcək.

Nəticə olaraq, 87 konqresmenin məktubu Amerikanın səsi deyil.Bu, sabitliyi öz maraqlarının fövqünə qoyan kiçik, lakin aqressivbir qrupun səsidir. Regionda sülhün bərqərar olunmasına yönəlmişreal səylər, məsələn, Əbu-Dabidə keçirilmiş son görüş fonundaseparatçı ritorikaya qayıdış təkcə köhnəlmiş deyil, həm dətəhlükəli görünür.

ABŞ daim özünü beynəlxalq hüququn tərəfdarı kimi təqdim edib.Lakin məsələ Cənubi Qafqaza gəldikdə, Amerika siyasi elitasının birhissəsi ikili standartlarla hərəkət edir. Tramp davamlınizamlanmanı dəstəkləməyə hazır olduğunu nümayiş etdirdiyi birvaxtda, Konqresdəki rəqibləri qarşıdurma yolunu və “yaxşıermənilər, pis azərbaycanlılar” oyununun köhnə ssenarisiniseçirlər. Bunun sonu, təbii ki, onların məğlub olması iləyekunlaşacaq", - politoloq əlavə edib.

Məqalədə:
Seçilən
48
3
az.trend.az

4Mənbələr