AZ

Rusların atdığı PUA Ukraynada vilayət administrasiyası binasına ÇIRPILDI - VİDEO

Rusiyanın pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Sumı vilayət administrasiyası binasına çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Kaçura bildirib.

“Sumı şəhərində PUA Vilayət Hərbi Administrasiyası binasına çırpılıb. Təkrar zərbə təhlükəsi var. Şəhər sakinlərindən sığınacaqlarda qalmağı xahiş edirəm”, - məlumatda qeyd edilib.

Bundan əvvəl Sumı vilayətinin rəhbəri Oleq Qriqorov qeyd etmişdi ki, başqa bir zərbə nəticəsində Sumı şəhəri və rayon sakinlərinin bir hissəsi müvəqqəti olaraq işıqsız qalıb.


Bizim.Media

Seçilən
91
50
bizim.media

10Mənbələr