AZ

Şuşada yanğın nəticəsində mina partlayışları müşahidə olunub

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.

Far.Az "Report"a istinadən xəbər ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqakidaları cəlb olunub.

Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

Seçilən
67
6
far.az

10Mənbələr