AZ

Ukraynada Azərbaycan Milli Qəhrəmanının xatirə guşəsinin təqdimatı olub

Bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə Kropyvnytski şəhərində yerləşən Dövlət Uçuş Akademiyasında, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olub.

Aznews.az xəbər verir ki, Akademiya kollektivinin təşəbbüsü, Ukrayna Ali Radasının deputatı Roma Hrişçukun və səfirlik komandasının dəstəyi ilə Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və Milli Qəhrəmanın həyatına, təhsilinə, peşə yoluna və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.

Burada QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür. Hazırda UDUA-da Azərbaycandan 60-dan çox kursant təhsil alır. Görüş zamanı Akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi üzrə konkret növbəti addımlar müzakirə olunub.

Səfir qəhrəmanın xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.

Seçilən
56
6
aznews.az

7Mənbələr