AZ

Sabirabadda kanalda boğulan gəncin meyiti 16 km məsafədə tapılıb

Sabirabad rayonunun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Musayev su kanalında batıb. Bu barədə  APA məlumat yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Axtarış tədbirləri nəticəsində S.Musayevin meyiti batdığı yerdən təxminən 15-16 kilometr aralıda aşkarlanıb.

Meyit bu gün saat 16:00-da aidiyyəti üzrə təhvil verilib.

Seçilən
27
1
anews.az

2Mənbələr