AZ

Bakıda moped avtomobillə toqquşdu: ölən var

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Axar.az xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi Heydər Əliyev küçəsində Kərimov Fərqan Taleh oğlu idarə etdiyi mopedlə ikinci dərəcəli yoldan əsas yola çıxan Həsənov Fəxri Bəxtiyar oğlunun idarə etdiyi “Şevrolet Malibu” markalı, 77 HC 529 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə mopedin sürücüsü F.Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
11
axar.az

10Mənbələr