AZ

Havalimanında tarixi rekord QIRILDI

News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbul Havalimanı bir gündə 271 min 836 sərnişinlə bütün zamanların rekordunu qırıb. İGA-nın rəsmi açıqlamasına görə, bu göstərici hava limanının fəaliyyət tarixində ilkdir və Türkiyənin qlobal aviasiya sahəsindəki mövqeyini daha da gücləndirir.

News24.az türk mətbuatına istinadən bildirir ki, sosial mediada edilən paylaşımda “Tarihi Günlük Rekor!” ifadəsi ilə qeyd olunan bu nailiyyət, İstanbul Havalimanının beynəlxalq tranzit və turizm mərkəzi kimi əhəmiyyətini bir daha təsdiqləyib.

Ekspertlər bu artımı təkcə İstanbulun deyil, ümumilikdə Türkiyənin qlobal aviasiya bazarındakı strateji gücünün göstəricisi kimi qiymətləndirirlər.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
news24.az

2Mənbələr