AZ

Şuşadakı yanğının səbəbi açıqlandı (RƏSMİ)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.

Qaynarinfo xəbər verir ki, Daxili işlər və Fövqəladə hallar nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatına görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
123
7
qaynarinfo.az

10Mənbələr