AZ

"Melissa Park"ın sakini çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız" VİDEO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

"Melissa Park" yaşayış kompleksinin sakini Baku TV-nin qaynar xəttinə müraciət edərək üzləşdiyi problemin həll olunmasında kömək istəyib.

Bakupost.az xəbər verir ki, o, adıçəkilən yaşayış kompleksinin "G" binasının 3-cü blokundan aldığı mənzildə ciddi texniki və konstruktiv problemlərin olduğunu deyir.

"Evdə çatlar aşkarladım. İlk olaraq hamamdakı kafeldə sınıq gördüm. Əlaqə saxlayanda deyildi ki, yəqin, ehtiyatsızlıq edərək özünüz sındırmısınız. MTK-nın rəhbərliyindən bildirildi ki, mənzilə çəkilən xərci, dəymiş ziyanı siyahılaşdırın, pulunuzu ödəyəcəyik. Amma verilməli olan məbləğdən təxminən 5 min manat az ödəniş təklif olundu", - deyə şikayətçi Elnurə Yusubova söyləyib.

Onun sözlərinə görə, dəfələrlə həm tikinti şirkətinə, həm də binanın komendantına bu barədə bildirsə də, heç bir ciddi tədbir görülməyib.

Daha ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
www.bakupost.az

2Mənbələr