ain.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycanda ötən gün əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.