BMT Baş Assambleyası Tacikistanın təşəbbüsü ilə süni intellektlə bağlı qətnamə qəbul edib.
Viral.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Tacikistan XİN-in İnformasiya Departamenti məlumat yayıb.
Qətnamə təhsil, startaplar və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilməklə etibarlı və təhlükəsiz texnologiyaların inkişafına yönəlib.
Son Yazılar:
- BMT Baş Assambleyası süni intellektlə bağlı qətnamə qəbul edib
- Üçüncü dünya müharibəsi təhlükəsi durmadan artır
- Cəmi bir neçə dəqiqə kifayət etdi…
Qətnaməyə əsasən, Düşənbədə Regional Süni İntellekt Mərkəzi yaradılacaq. Bu mərkəz Mərkəzi Asiyada süni intellekt proqramlarının əlaqələndirilməsini həyata keçirəcək.
“Universitetlər, data mərkəzləri və texnoparkların birgə layihələri planlaşdırılır, süni intellektin tənzimlənməsi və özünənəzarət mexanizmləri hazırlanır, region dünyanın digər ölkələri üçün nümunə olacaq”, – məlumatda qeyd olunub.