AZ

Azərbaycan klubu bütün futbolçuları ilə VİDALAŞDI

2024/25 mövsümü Azərbaycan İkinci liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun instaqram hesabındakı paylaşımında bildirilib.

Qeyd edilib ki, futbolçuların sözləşmələrinə xitam verilib. Klub tərəfdən onlara təşəkkür ifadə olunub.

Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də qeyd edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
64
5
bizim.media

10Mənbələr