AZ

Ukrayna Rusiyada zavodu vurub VİDEO

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rostov vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusarın verdiyi məlumata görə, zərbə Zimovniki-Remontnoye-Elista magistralının yaxınlığında həyata keçirilib. Ukrayna Silahlı qüvvələrinə məxsus PUA-lardan biri avtomobili vurub, daha sonra avtomobil alovlanıb. Avtomobilin içəridəki hər iki şəxs həlak olub. Onların şəxsiyyəti müəyyənləşdirilir. “Stavropolda səhər saatlarında sənaye obyektlərinin ərazisinə uçuşlar qeydə alınıb. Ölən və xəsarət alan olmayıb”, - Stavropol diyarının rəhbəri Vladimir Vladimirov bildirib. Medianın yazdığına görə, zərbə elektron mübarizə avadanlığı istehsal edən “Signal” radiozavoduna dəyib. Burada cəbhə xəttindəki “Gardenia” aviasiya mühafizə stansiyaları və Amerikanın “E-2 Hawkeye” kimi uzaq mənzilli radar təyyarələrini sıxışdırmaq üçün nəzərdə tutulmuş “Topol-E yerüstü sistemləri istehsal olunur. Müəssisə Qərbin sanksiyaları altındadır. Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, gecə Ukraynaya məxsus 54 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

pic.twitter.com/xcEUb0sWP6

— Newsfeed (@Newsfeed883920) July 26, 2025

Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
azvision.az

2Mənbələr