Göygöldə yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil anidən yanıb. Dərhal hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Avtomobil söndürülüb, yanğın digər avtomobillərə və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov