Türkiyənin “Turkish Aerospace Industries Inc.” (TUSAŞ) konsorsiumu İndoneziyaya 48 ədəd beşinci nəsil KAAN qırıcı təyyarəsi tədarük edəcək.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı şirkət “X” sosial şəbəkəsində paylaşıb.
"İndoneziyaya KAAN qırıcı təyyarələrinin tədarükü üçün rəsmi müqavilə IDEF müdafiə sərgisi çərçivəsində imzalanıb", - məlumatda deyilir.
Bunun, Türkiyə tarixində hərbi-sənaye kompleksi məhsullarının ixracı üzrə ən böyük sövdələşmə olduğu bildirilir.