AZ

Ağdam Xankəndi yolunda QƏZA: 5 nəfər yaralandı

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ağdam-Xankəndi yolunun Ağdam rayon Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
7
lent.az

10Mənbələr