"Fənərbağça" PSJ-nin futbolçusu Milan Şkriniarı tam almaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İstanbul klubu 30 yaşlı müdafiəçi üçün daha yüksək təklif göndərib. Hazırda Fransa klubunun tam razılığını əldə etmək üçün tərəflər arasında danışıqlar gedir.
Bildirilir ki, Slovakiyalı oyunçu özü və "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo bu keçidin baş tutmasında israrlıdırlar.
Qeyd edək ki, Milan Şkriniyar bu ilin qışından ötən mövsümün sonuna qədər icarə əsasında
"Fənərbağça"da çıxış edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta