Almaniya Ukraynaya üç “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Washington Post” öz mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hazırda gələcək tədarüklər barədə danışıqlar aparılır.
Məqalədə o da bildirilir ki, ABŞ-nin Ukrayna ordusuna Avropa ölkələri hesabına silah tədarükü təklifi həm də radar və elektron müharibə sistemləri, pilotsuz uçuş aparatları və artilleriya döyüş sursatlarının qarşısının alınmasını əhatə edə bilər.
"Cebheinfo.az"