AZ

Göygöldə avtomobil yanıb

Göygöldə yanğın hadisəsi baş verib. 

News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan avtomobil anidən alışaraq yanıb. Dərhal hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. 

Avtomobil söndürülüb, yanğının ərazidəki avtomobillərə və əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı avtomobilin sürücü 1989-cü il təvəllüdlü E. Allahverdiyev yanıq xəsarətləri alıb. 

O xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
6
news365.az

10Mənbələr