Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi keçirilir.

Offsideplus.az xəbər verir ki, yarışda ümumilikdə 16 komanda iştirak edib.

Bunlardan 12-si milli komandadır: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya.

Digər 4 kollektiv isə “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya) və “CS Rapid”(Rumıniya) klublarıdır. 

Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda yer alıb.

Basketbolçularımız qrup mərhələsində hər iki görüşü qələbə ilə başa vuraraq 1/4 finala yüksəlib.

Milli komandamız sabah saat 16:00-da C qrupunun ikincisi Çinlə üz-üzə gələcək.

Dünya Seriyasının yarımfinal və final oyunları da sabah baş tutacaq.

Dünya Seriyası, A qrupu

Çexiya - Slovakiya 16:15

Çexiya - Azərbaycan 12:20

Azərbaycan - Slovakiya 21:8

Turnir cədvəli:        Oyun  Qələbə Qələbə faizi Orta xal

1. Azərbaycan           2          2           100%             20,5

2. Çexiya                    2          1             50%             14

3. Slovakiya               2          0              0%              11,5

Sabah keçiriləcək 1/4 final oyunları:

16:00 Azərbaycan - Çin

16:25 "Rapid" - "Pekin"

16:50 Polşa - Latviya

17:15 Fransa - Çexiya