AZ

Qətər AB ni təhdid edir

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyası iqlim mühafizəsi üzrə əsas tələbləri tədarük zənciri direktivindən çıxarmaqdan imtina edərsə, Qətər AB-yə mayeləşdirilmiş təbii qaz tədarükünü tamamilə dayandıra bilər.

Axar.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" Qətərin energetika üzrə dövlət naziri və Qətər enerji şirkətinin baş direktoru Saad bin Şərid əl-Kaabinin məktubuna istinadən məlumat yayıb.

"Belçika hökumətinə göndərdiyi məktubda əl-Kaabi açıq şəkildə tədarükləri kəsməklə hədələyib. Məktubu təkcə Belçika deyil, AB-nin digər dövlətləri də qəbul edib",- məlumatda deyilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
axar.az

6Mənbələr