AZ

Tailand və Kamboca atəşkəş və sülhə razılıq veriblər

"Kamboca və Tailand dərhal atəşkəs və sülh istəyir".

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, Kambocanın Baş naziri ilə yenidən telefonla danışdığını və Tailandın Baş nazirinin səlahiyyətlərini icra edən şəxslə apardığım müzakirələr barədə məlumat verdiyini bildirib:

“Onlar, həmçinin ABŞ-la ticarət masasına qayıtmaq istəyirlər. Fikrimizcə, döyüşlər dayandırılana qədər bu, məqsədəuyğun deyil. Onlar dərhal görüşməyə və tezliklə atəşkəş və nəhayət, sülh əldə etməyə razılaşdılar. Hər iki ölkə ilə işləmək mənim üçün şərəfdir. Onların uzun və zəngin tarix və mədəniyyəti var. Ümid edirik ki, onlar uzun illər birlikdə olacaqlar. Hər şey bitdikdə və sülhə nail olunduqda hər ikisi ilə ticarət sazişlərimizi bağlamağı səbirsizliklə gözləyirəm”, - deyə Tramp əlavə edib.

Seçilən
37
10
bakivaxti.az

10Mənbələr