AZ

Xalq artisti Gülnarə Mavayeva VƏFAT ETDİ

Özbəkistanın Xalq artisti Gülnarə Mavayeva 94 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Respublika Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gülnarə Mavayeva məşhur sovet və özbək balerinası, müəllim, uzun illər Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edib. Mədəniyyət Nazirliyi onun özbək xalq rəqslərindəki parlaq obrazlarının təkcə Özbəkistanda deyil, onun hüdudlarından kənarda da tamaşaçıları valeh etdiyini qeyd edib.

Seçilən
170
3
publika.az

10Mənbələr