AZ

Toyda yıxıldı, beyni silkələndi

Toyda pilləkəndən yıxılan şəxs ağır xəsarət aldı.

“Qafqzinfo”nun məlumatına görə, hadisə Qaxdakı şadlıq evlərindən birində baş verib.

Əslən ağdamlı olan 2002-ci il təvəllüdlü  Qarayev Orxan Nizami oğlu şadlıq evinin pilləkənlərindən yıxılaraq ağır xəsarət alıb.

O, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona kəllə-beyin silkələnməsi diaqnozu qoyub. Durumu ağırdır.

Mübariz Muradov

Seçilən
85
5
qafqazinfo.az

7Mənbələr