AZ

Moskva klubu Ozan Tufanın transferi üçün hərəkətə keçdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın tanınmış klublarından olan "Lokomotiv Moskva" türkiyəli futbolçu Ozan Tufanın transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, klubun təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq üçün ilkin danışıqlara başladığı bildirilir.

Bu barədə məlumatı "Sabah" yayıb.

Hazırda Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Ozan Tufan son mövsümdəki performansı ilə diqqətləri üzərinə çəkib. 29 yaşlı futbolçunun həm təcrübəsi, həm də liderlik xüsusiyyətləri "Lokomotiv Moskva" rəhbərliyinin marağına səbəb olub.

Qeyd edək ki, Ozan Tufan daha əvvəl “Fənərbağça”, “Bursaspor” və "Vatford" kimi klublarda da forma geyinib.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
1
fanat.az

2Mənbələr