AZ

Laçında ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var

Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Qarakeçdi kəndində baş verib.

 

Belə ki, Mahir Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb.

 

Fakt araşdırılır.

 

Report

Tarix: 26 İyul 2025, 22:54   
Seçilən
100
14
pravda.az

10Mənbələr