AZ

Premyer Liqanı Çempionşipə dəyişə bilər

"Fulhem"in hücumçusu Rodriqo Munis karyerasını İngiltərə Çempionşip təmsilçisi "Lids"də davam etdirə bilər.

90deqiqe.Az-ın "Leeds Live" nəşrinə istinadən verdiyi məlumata görə, "Lids" braziliyalı futbolçunun xidmətində maraqlıdır. 24 yaşlı forvardın yeni klubuna keçidi 29,7 milyon avroya başa gələ bilər.

"Fulhem" artıq mümkün satışdan əldə olunacaq gəliri necə xərcləyəcəyini planlaşdırmağa başlayıb. London təmsilçisi bu vəsaiti "Çelsi"nin yarımmüdafiəçisi Kirnan Düsböri-Hollun transferinə yönəltmək niyyətindədir. Lakin əgər "Çelsi" futbolçusu ilə yolları ayırmaq istəməsə, Munisin "Lids"ə keçidi sual altına düşə bilər.

Qeyd edək ki, Rodriqo Munis ötən mövsüm klub səviyyəsində 36 oyuna çıxaraq 11 qol vurub və 2 məhsuldar ötürmə edib. "Fulhem" Premyer Liqanı 11-ci pillədə başa vurub.

Seçilən
21
1
90deqiqe.az

2Mənbələr