AZ

Bahadur Həziyev yenidən “Səbail”də

2025/2026-cı illər mövsümündə Birinci Liqada mübarizə aparacaq “Səbail” keçmiş yarımmüdafiəçisi Bahadur Həziyev ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bahadur azad agent kimi komandaya cəlb edilib. 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Həziyev geridə 2019-2023-cü illər aralığında məhz “Səbail”in formasını geyinib.

“Neftçi”nin yetirməsi olan Bahadur Həziyev MOİK, “İmişli”, “Şamaxı”, “Qaradağ Lökbatan” kimi klublarda da forma geyinib.

Bahadur Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, əsas millimizdə isə debüt şansı qazanmayıb.

Seçilən
65
arena.az

1Mənbələr