İsrail ordusu Livanın cənubunda "Hizbullah" hərəkatının qərargah komandiri Əli Əbdül-Qadir İsmayılı öldürüb.
"Ölkə.az" xəbər verir ki, barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında İDF Bint Cbeyl bölgəsində “Hizbullah” terror təşkilatının Bint Cbeil sektor qərargahının komandiri, terrorçu Əli Əbdül-Qadir İsmayılı vuraraq öldürüb”, - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, İsmayıl bu ərazidə "Hizbullah"ı dirçəltmək cəhdlərində iştirak edib.