AZ

Makkuari adasında 6,2 maqnbitudada zəlzələ qeydə alınıb

Avstraliyanın Makkuari adasının sahillərində 6,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 144 000 nəfər əhalisi olan Yeni Zelandiyanın Dunedin şəhərindən təqribən 1 578 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Seçilən
99
7
report.az

8Mənbələr