AZ

İçərisində 400 sərnişin olan qatar 5 saatadək tuneldə qaldı

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Alman Dəmir Yolları” (“Deutsche Bahn”) şirkətinə məxsus şəhərlərarası sürət qatarı texniki nasazlıqla əlaqədar beş saat Vyana yaxınlığında tuneldə qalıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, qatarda olan 400 nəfər bu müddətdə tuneldə gözləməli olub. Sərnişinlər yalnız axşam saatlarında ehtiyat qatara keçə biliblər.

Günorta saatlarında Hamburqdan hərəkətə başlayan qatar 17 dəqiqə sonra texniki nasazlıq nəticəsində tuneldə qalıb. Mühəndislər əvvəlcə qatarı tuneldən çəkmək istəsələr də, bu, mümkün olmayıb. Buna görə də sərnişinlərin ehtiyat qatara köçürülməsi qərara alınıb.

Hadisə nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
7
redaktor.az

8Mənbələr