Qəzzada aclıqdan ölənlərin sayı 127-yə çatıb
İsrailin blokadası altında olan Qəzzada aclıqdan ölənlərin sayı 127-yə yüksəlib.Metbuat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Berş sosial media üzərindən verdiyi açıqlama bildirilib. Qeyd edilib ki, Qəzzada son 24 saatda ikisi uşaq olmaqla daha 5 nəfərin aclıqdan ölüb. Bununla da aclıqdan ölənlərin ümumi sayının 85-i uşaq olmaqla 127-yə çatdığını açıqlayıb.