Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.