İyulun 27-si Bakı vaxtı ilə saat 20:00-da Mütləq Döyüş Çempionatında (UFC) döyüş gecəsi start götürüb.

Offsideplus.az xəbər verir ki, əsas kartın döyüşləri Bakı vaxtı ilə saat 22:00-dan başlayıb.

"UFC 318"də gecənin əsas döyüşü orta çəkidə avstraliyalı Robert Vitteyker və niderlandlı Reyner de Ridder arasında baş tutub. Bu qarşılaşmadan RDR qalib ayrılıb.

Gecənin ikinci gözlənilən döyüşündə rusiyalı Petr Yan və Markus Makci (ABŞ) üz-üzə gəlib və Yan qələbə qazanıb. 

Bundan əlavə, əsas kartda Şarabutdin Maqomedov - Mark-Andre Barriault cütündə rusiyalı, ilkin tədbirdə keçirilən İbo Aslan - Billi Elekana döyüşündə isə ABŞ-li qalib gəlib.