AZ

Böyük Britaniyada qanunsuz miqrantlara qarşı etirazlar genişlənir

Bakı. Trend:

Böyük Britaniyada qanunsuz miqrantların otellərdəyerləşdirilməsi praktikasına qarşı ictimai narazılıqartmaqdadır.

Trend-in “TheDaily Telegraph”a istinadən verdiyi məlumata görə, iyulun 26-daİngiltərənin şərqində yerləşən Norviç şəhərində yüzlərlə insanetiraz aksiyası keçirib.

Britaniya bayraqları ilə miqrantların yerləşdirildiyi otelinqarşısına toplaşan etirazçılar həmin obyektin dərhal bağlanmasınıtələb ediblər.

Oxşar etirazlar Lids, Nottinqemşir və Sauthemptonda da baştutub. Məlumata görə, bəzi hallarda miqrantları müdafiə edənqruplar aksiya iştirakçılarına yaxınlaşmağa çalışıblar, lakin polismümkün toqquşmaların qarşısını almaq üçün tərəfləri ayırıb.

Etirazların iyulun 27-də ölkənin cənub və mərkəzi hissələrində –Bornmut (Dorset), Sauthempton, Satton-in-Eşfild (Nottinqemşir),Vulverhempton (Qərbi Midlends), Oltrinqem (Böyük Mançester) vəEpping (Esseks) şəhərlərində də davam etdirilməsiplanlaşdırılır.

Narazılıqlar iyulun ortalarında Eppinqdə yaşanan qalmaqallıinsidentdən sonra daha da güclənib. Belə ki, şəhərdə yaşayan 38yaşlı efiopiyalı qaçqın 14 yaşlı qıza qarşı cinsi təcavüzdətəqsirləndirilib. Hadisədən sonra yüzlərlə insan miqrantlarınyerləşdirildiyi otelin bağlanması tələbi ilə küçələrə çıxıb.Etirazlar bir neçə gün davam edib, nəticədə 18 nəfər saxlanılıb vəonlardan 7 nəfərə rəsmi ittiham irəli sürülüb.

Etirazçıların əsas narahatlığı hökumətin miqrasiya siyasəti vəictimai təhlükəsizliklə bağlı qaydaların qeyri-effektiv tətbiqidir.Məsələ Britaniyada ictimai və siyasi gündəmdə müzakirə olunan əsasmövzulardan birinə çevrilib.

Seçilən
44
az.trend.az

1Mənbələr