ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Formula-1” üzrə dünya çempionatında mövsüm yarılandı: Silverstoun mərhələsi 12-ci idi. Və “Maklaren”in pilotu Lando Norris “doğma divarlar” arasında qələbə qazandı."Football-plus.az" xəbər verir ki, bu, 25 yaşlı pilotun 2025 mövsümündəki 4-cü qələbəsidi. Norrisin komanda yoldaşı, cari mövsümün lideri Oskar Piastri ondan 6,812 saniyə geri qaldı. “Zauber”in pilotu Niko Hülkenberq isə üçüncü oldu. Çempionatda 239-cu yarışa qatılan 37 yaşlı alman karyerasında ilk dəfə fəxri kürsüyə qalxdı. Norris fərdi hesabda Piastridən geriliyi 8 xala endirdi. 3-cü pillədə isə 165 xalla Ferstappen qərarlaşıb. Norris yarışı belə dəyərləndirdi:
“Bu ki möhtəşəmdi! Arzularım çin oldu. Elə hisslər, duyğular yaşayıram ki, bunu ancaq çempionatda qələbə ilə müqayisə etmək olar. Karyeram məhz Silverstounda başlayıb və indi burda qələbə qazana bildim. Həmişə olduğu kimi, qeyri-adi, çox gərgin yarış oldu. Bütün azarkeşlər sağ olsun – onların dəstəyi bu gün mənə çox yardım etdi. İndi qəlbimdə boşluq var. Start ərəfəsində düşündüyün hər şeyi yarışın gedişində unudursan. Əsas qələbəni əldən verməmək idi, bu bir nömrəli qaydadı. Son dövrələrdə artıq tribunalardakı publikaya baxırdım. Sadəcə, bütün bunları yadda saxlamağa, anın həzzini yaşamağa çalışırdım, ona görə ki, bir daha təkrarlanmaya bilər. Hərçənd ümid edirəm ki, təkrarlanacaq. Bu qələbə ilə bağlı xatirələri əbədi yadda saxlayacam”.
Təsnifat mərhələsi1. Maks Ferstappen (Niderland) 1.24,8922. Oskar Piastri (Avstraliya) 1.24,9953. Lando Norris (B.Britaniya) 1.25,010 4. Corc Rassell (B.Britaniya) 1.25,0295. Lüis Hemilton (B.Britaniya) 1.25,0956. Şarl Lekler (Monako) 1.25,1217. Kimi Antonelli (İtaliya) 1.25,374 8. Oliver Berman (B.Britaniya) 1.25,4719. Fernando Alonso (İspaniya) 1.25,62110. Pyer Qasli (Fransa) 1.25,78511. Karlos Sayns (İspaniya) 1.25,74612. Yuki Sunoda (Yaponiya) 1.25,826 13. Ayzek Hacar (Fransa) 1.25,86414. Aleksandr Albon (Tayland) 1.25,88915. Esteban Okon (Fransa) 1.25,950 16. Liam Louson (Yeni Zelandiya) 1.26,44017. Qabriel Bortoleto (Braziliya) 1.26,44618. Lens Stroll (Kanada) 1.26,50419. Niko Hülkenberq (Almaniya) 1.26,57420. Franko Kolapinto (Argentina) 1.27,060Həlledici mərhələ306,198 km (5891 metrlik 52 dövrə)1. Lando Norris (Maklaren) 1:37.15,735 2. Oskar Piastri (Maklaren) +6,8123. Niko Hülkenberq (Zauber) +34,7424. Lüis Hemilton (Ferrari) +39,8125. Maks Ferstappen (Red Bull) +56,7816. Pyer Qasli (Alpin) +59,8577. Lens Stroll (Aston Martin) +1.00,6038. Aleksandr Albon (Uilyams) +1.04,135 9. Fernando Alonso (Aston Martin) +1.05,85810. Corc Rassell (Mersedes) +1.10,67411. Oliver Berman (Haas) +1.12,09512. Karlos Sayns (Uilyams) +1.16,59213. Esteban Okon (Haas) +1.17,30114. Şarl Lekler (Ferrari) +1.24,47715. Yuki Sunoda (Red Bull) 1 dövrəFranko Kopapinto (Alpin) və Liam Louson (RB) start götürməyib, Qabriel Bortoleto (Zauber) 3-cü, Ayzek Hacar (RB) 17-ci, Kimi Antonelli (Mersedes) 23-cü dövrədə mübarizədən çəkilib. Şəxsi birincilik1. Oskar Piastri 234 xal2. Lando Norris 2263. Maks Ferstappen 1654. Corc Rassell 1475. Şarl Lekler 1196. Lüis Hemilton 1037. Kimi Antonelli 638. Aleksandr Albon 469. Niko Hülkenberq 3710. Esteban Okon 2311. Ayzek Hacar 2112. Lens Stroll 2013. Pyer Qasli 1914. Fernando Alonso 1615. Karlos Sayns 1316. Liam Louson 1217. Yuki Sunoda 1018. Oliver Berman 619. Qabriel Bortoleto 4Mühəndislər kuboku1. Maklaren 4602. Ferrari 2223. Mersedes 2104. Red Bull 1725. Uilyams 596. Zauber 417. RB 368. Aston Martin 369. Haas 29 10. Alpin 19
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.