ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Böyük dəbilqə” seriyalı Uimbldon turnirində 1/8 final mərhələsi də arxada qaldı."Football-plus.az" xəbər verir ki, 1/16 finalda həmvətəni Miomir Ketsmanoviçi məğlub edən Novak Cokoviç İngiltərə paytaxtında keçirilən turnirlərdə qələbə sayını 100-ə çatdırdı. 38 yaşlı serb ulduza qədər “Uimbldon”da 100 qələbə qazanmağı yalnız isveçrəli Rocer Federer və amerikalı Martina Navratilova bacarmışdı. Cokoviç 100-cü qələbəsini belə şərh edib:
“Tez-tez təkrar edirəm: tennis məni bu səviyyəyə çatdırıb. Bu oyun həyatda olan hər şeyimi verdi. Hələ də sıradayam, gənc oyunçularla yarışmaqdayım, kortda istədiyimi edə bilirəm. “Uimbldon” yalnız mənim sevimli turnirim deyil, tennisçilərin əksəri üçün arzuların turniridi. Hər uşaq bu turnirdə oynamağı və qələbə qazanmağı arzulayır. Xoşbəxtəm, ona görə ki, bunu dəfələrlə bacarmışam”.
Xatırladaq ki, Cokoviç bir müddət əvvəl “Böyük dəbilqə” seriyasından olan digər turnirdə - “Rolan Qarros”da da 100 qələbə həddinə çatmışdı. Ketsmanoviç də həmvətəni ilə dueli şərh edib:
“Məndə elə təəssürat yarandı ki, Novak yenidən 2011-ci və ya 2015-ci ildəki səviyyəsində oynayır. Belə davam etsə, daha 20 “Böyük dəbilqə” qazanacaq (24 qələbəsi var – red.). Qeyri-real şəkildə zərbə vurur. Adam kortda nə edəcəyini bilmir, özünü itirir”.
Qriqor Dimitrov isə “Böyük dəbilqə” turnirlərində 100-cü qələbəsini qazandı. 34 yaşlı bolqar tennisçinin yubiley qələbəsi Sebastyan Ofnerlə görüşə təsadüf etdi. Qriqor karyerasına 18-ci dəfə belə turnirlərdə 1/8 finala adladı. Düzdü, elə bu mərhələdə də dayandı. Ona görə ki, Yannik Sinnerlə bacarmadı. Daha dəqiqi, bolqar tennisçi ilk iki setdən sonra öndə olsa da, zədə üzündən mübarizəni dayandırdı.Kişilər1/16 finalKobolli (İtaliya, 22) - Menşik (Çexiya, 15) 6:2, 6:4, 6:2 De Minaur (Avstraliya, 11) - Holmqren (Danimarka) 6:4, 7:6 (7:5), 6:3Dimitrov (Bolqarıstan, 19) - Ofner (Avstriya) 6:3, 6:4, 7:6 (7:0)Soneqo (İtaliya) - Nakaşima (ABŞ) 6:7 (5:7), 7:6 (10:8), 7:6 (7:2), 3:6, 7:6 (10:3)Çiliç (Xorvatiya) - Munar (İspaniya) 6:3, 3:6, 6:2, 6:4Sinner (İtaliya, 1) - Martines Portero (İspaniya) 6:1, 6:3, 6:1Şelton (ABŞ, 10) - Fuçoviç (Macarıstan) 6:3, 7:6 (7:4), 6:2Cokoviç (Serbiya, 6) - Ketsmanoviç (Serbiya) 6:3, 6:0, 6:41/8 finalXaçanov (Rusiya, 17) – Mayxşak (Polşa) 6:4, 6:2, 6:3Frits (ABŞ, 5) – Tompson (Avstraliya) 6:1, 3:0 imtinaNorri (B.Britaniya) - Harri (Çili) 6:3, 7:6 (7:4), 6:7 (7:9), 6:7 (5:7), 6:3Alkaras (İspaniya, 2) - Rublev (Rusiya, 14) 6:7 (5:7), 6:3, 6:4, 6:4Kobolli (İtaliya, 22) - Çiliç (Xorvatiya) 6:4, 6:4, 6:7 (4:7), 7:6 (6:3)Cokoviç (Serbiya, 6) - De Minaur (Avstraliya, 11) 1:6, 6:4, 6:4, 6:4 Şelton (ABŞ, 10) - Soneqo (İtaliya) 3:6, 6:1, 7:6 (7:1), 7:5 Sinner (İtaliya, 1) - Dimitrov (Bolqarıstan, 19) 3:6, 5:7, 2:2 imtina Qadınlar1/16 finalBençiç (İsveçrə) - Koççaretto (İtaliya) 6:4, 3:6, 7:6 (10:7)Busas Maneyro (İspaniya) - Yastremskaya (Ukrayna) 6:1, 2:6, 6:3Samsonova (Rusiya, 19) - Kasatkina (Avstraliya, 16) 6:2, 6:3Tauson (Danimarka, 23) - Rıbakina (Qazaxıstan, 11) 7:6 (8:6), 6:3Andreyeva (Rusiya, 7) - Baptist (ABŞ) 6:1, 6:3Aleksandrova (Rusiya, 18) - Sönməz (Türkiyə) 6:3, 7:6 (7:1)Navarro (ABŞ, 10) - Kreyçikova (Çexiya, 17) 2:6, 6:3, 6:4Sventek (Polşa, 8) - Kollinz (ABŞ) 6:2, 6:31/8 finalZiqemund (Almaniya) - Syerra (Argentina) 6:3, 6:2 Pavlyuçenkova (Rusiya) - Kartal (B.Britaniya) 7:6 (7:3), 6:4Sobolenko (Belarus, 1) – Mertens (Belçika, 24) 6:4, 7:6 (7:4)Anisimova (ABŞ, 13) - Noskova (Çexiya, 30) 6:2, 5:7, 6:4Samsonova (Rusiya, 19) - Busas Maneyro (İspaniya) 7:5, 7:5 Bençiç (İsveçrə) - Aleksandrova (Rusiya, 18) 7:6 (7:4), 6:4Andreyeva (Rusiya, 7) - Navarro (ABŞ, 10) 6:2, 6:3Sventek (Polşa, 8) - Tauson (Danimarka, 23) 6:4, 6:1
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.