Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, Bakıda qanunsuz pul dövriyyəsi ilə məşğul olan Nicat adlı şəxs saxlanılıb.
Onun Türkiyədə Əliabbas adlı şəxs vasitəsi ilə ölkədən qanunsuz yolla valyuta çıxarılması “sistemi”nə qoşulduğu müəyyən edilib.
Nicat adlı şəxs Bakıda qızıl alveri ilə məşğul olub. Türkiyədə olan Əliabbas adlı şəxsdən əvvəllər qızıl alaraq Bakıda satırmış. Sonra Əliabbas adlı şəxs ona valyuta göndərilməsi işinə qoşulmasını təklif edib.
Sistemə əsasən Türkiyəyə və digər xarici ölkələrə pul göndərmək istəyən şəxslər daha aşağı faiz ödəməklə Əliabbasla əlaqə saxlayıb. Əliabbas da həmin məbləğləri Nicat adlı şəxslə müxtəlif ünvanlara çatdırıb.
Xaricə pul çıxarmaq istəyən şəxslər pulu Nicata verib. Əliabbas isə pulun hansı ölkədə, kimə çatdırılmasını təmin edib.
Türkiyə vətəndaşı olan Əliabbas bu “sistem”lə İran, Türkiyə, Rusiyaya pul çatdırılması prosesini təmin edib.
Nicat Bakıda 200 min manatdan çox vəsaiti Əliabbasın tapşırığı ilə ayrı-ayrı şəxslərdən alıb. Onun qazancı isə ümumi məbləğin 1 faizi qədər olurmuş.
Araşdırmalar zamanı məlum olub ki, Nicatın pul aldığı şəxslərdən biri də Aygün Kazımovanın sürücüsü olub. O, ifadəsində bildirib ki, Aygün Kazımovanın göstərişi ilə 11500 dolları Nicat adlı şəxsə çatdırıb.
10Mənbələr
-
azia.azAygün Kazımovanın adı QNUNSUZ PUL DÖVRİYYƏSİNDƏ KEÇİR - DƏHŞƏTLİ FAKTLAR ( 19755062)
-
pravda.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19750919)
-
referans.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19749374)
-
demokrat.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19749035)
-
publika.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində ( 19748009)
-
konkret.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19746164)
-
sitat.infoAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir - EKSKLÜZİV ( 19746038)
-
editor.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19745966)
-
hakimiyyet.azAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19745822)
-
azreform.infoAygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir ( 19745765)