AZ

Mahir Emreli “Roma”ya qarşı oynadı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” bu gün yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.

M.Emreli əsas heyətdə yer alıb.

Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.

Sözügedən görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
118
14
demokrat.az

10Mənbələr