Demokrat.az yerli mətbuata istinadən xəbər verir ki, ərazidəki bəzi kəndlərin boşaldılmasına başlanılıb. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.
Bursa Böyükşəhər Bələdiyyəsi sakinlərə yanğın təhlükəsi xəbərdarlığı edib. Bu arada, Karabük-Ankara avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Məlumata görə, Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür, əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə meşə təsərrüfatı işçiləri və sakinlər də dəstək verir.
Yanğının hansı səbəblərdən baş verdiyi hələ məlum deyil. Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.
8Mənbələr
-
turkustan.azTürkiyədə meşə yanğınları GENİŞLƏNİR ( 19751075)
-
pravda.azMeşə yanğınları genişləndi ( 19750529)
-
demokrat.azTürkiyədə meşə yanğınları yaşayış məntəqələrinə çatıb ( 19749530)
-
modern.azTürkiyədə meşə yanğınları GENİŞLƏNİR ( 19749215)
-
metbuat.azQonş ölkədə meşə yanğınları genişləndi - ( 19749158)
-
metbuat.azQonşu ölkədə meşə yanğınları genişləndi - ( 19749218)
-
report.azTükiyənin Bursa vilayətində meşə yanğınları genişlənib ( 19747796)
-
publika.azGüclü meşə yanğını Bursa vilayətini CƏNGİNƏ ALDI ( 19747856)