Sərnişin qayığı batıb, 25 nəfər ÖLÜB
Ajans.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Niger ştatının Munya bölgəsindən bazara yollanan sərnişinlərin mindiyi qayıq Şiroro bölgəsində batıb. Hadisə zamanı ilkin məlumatlara əsasən 25 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.