Ajans.az xəbər verir ki, bu barədə “Xortitsa” operativ-strateji qoşun qruplaşmasının nümayəndəsi Viktor Trequbov bildirib. Onun sözlərinə görə, bu yolla ruslar Pokrovsk-Mirnoqrad aqlomerasiyasına şərqdən və əgər alınsa, şimaldan təzyiq göstərə bilərlər: “Əslində, indi məhz orada, həmin istiqamətdə Rusiyanın elan etdiyi kampaniyanın taleyi həll olunur və bu əsas diqqət mərkəzidir”.
O, həmçinin əlavə edib ki, Pokrovsk istiqaməti ən intensiv döyüş bölgələrindən biridir.