AZ

Yığmamız Avropa çempionatının B divizionunda Ukraynaya uduzdu

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda Ukrayna seçməsi ilə qarşılaşıb.

Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.

Seçilən
6
12
sportinfo.az

10Mənbələr