"Gəncə" voleybol klubu heyətini yeni libero ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Çinarə Quliyeva ilə bir mövsümlük müqavilə imzalayıb.
Voleybolçu daha əvvəl "Azərreyl" və "Murov Az Terminal"da forma geyinib.