AZ

Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 90 illiyi münasibətilə “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb.

Kitabxanadan Demokrat.az-a bildirilib ki, sərgidə bəstəkarın operaları, simfonik poemaları, mahnı və romansları, kamera-instrumental əsərləri, musiqili komediyalara, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi notları, həyat və yaradıcılığı haqqında kitablar, "Yaradıcı həyatın anları" fotoalbomu və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Seçilən
73
1
demokrat.az

3Mənbələr